“McDonald's”da kütləvi zəhərlənmə:   Ölən və zərərçəkənlər var

saytların hazırlanması

Evə çatdırılma

“McDonald's”da kütləvi zəhərlənmə: Ölən və zərərçəkənlər var

Dünya

23 Oktyabr 2024 11:31 505


ABŞ-də "McDonald's" fastfud şəbəkəsində bağırsaq çöpləri infeksiyası xəstəliyinə yoluxmuş bir nəfər ölüb, daha on nəfər müştəri isə xəstəxanaya yerləşdirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi məlumat yayıb.

"Oktyabrın 22-nə olan məlumata görə, ümumilikdə 10 ştatda "E. coli O157:H7" bakteriya ştamı ilə bağlı 49 hadisə qeydə alınıb", - deyə məlumatda bildirilib. Sezar pizza

Müştərilərin hamısının "Royal çizburger"dən infeksiyaya yoluxduğu vurğulanıb. İlkin məlumata görə, bakteriyaların soğanın tərkibində olması ehtimal edilir./ Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!