MDB Dövlət Başçıları Şurasının növbəti iclası 14 oktyabr 2022-ci ildə Qazaxıstanın paytaxtında keçiriləcək.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu MDB Dövlət Başçıları Şurasının iclasının yekunlarına əsasən MDB İcraiyyə Komitəsinin sədri - MDB İcra katibi Sergey Lebedev bildirib.
"MDB Dövlət Başçıları Şurasının növbəti iclası gələn il oktyabrın 14-də Nur-Sultanda keçiriləcək", - deyə Lebedev qeyd edib. pizza hut
Eyni zamanda, o, MDB dövlət başçılarının qeyri-rəsmi görüşlərinin Nur-Sultandakı sammitdən əvvəl baş tuta biləcəyini də istisna etməyib.
Telegram kanalımız