Məcburi köçkünlər üçün tikilən evlər niyə satılmır? - Nazirliyin müəmmalı yanaşması

saytların hazırlanması

Evə çatdırılma

Məcburi köçkünlər üçün tikilən evlər niyə satılmır? - Nazirliyin müəmmalı yanaşması

Sosial

20 Fevral 2025 11:51 9457


2023-cü ilin yanvar ayından keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin onlayn satışına başlanılıb. Mənzillər Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşir.

Onlar qiymət və satış şərtləri baxımından bazardakı digər əmlaka nisbətən xeyli ucuz olsa da, bu mənzillərə tələbat olduqca aşağıdır.

Hazırda Qaradağ rayonundakı Ümid qəsəbəsindəki kompleksdə 44 ədədi üç otaqlı, 14 ədədi dördotaqlı olmaqla, ümumən 58 mənzil, Abşeron rayonundakı kompleksdə 821 ədədi üçotaqlı, 197 ədədi dördotaqlı olmaqla, ümumən 1018 mənzil, Ramana qəsəbəsindəki kompleksdə 102 ədəd dördotaqlı, Samux rayonunda yerləşən kompleksdə isə 16 ədəd dördotaqlı mənzil satışdadır. Dominos pizza

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, sözügedən binalar infrastruktur və təmir keyfiyyəti baxımından xeyli aşağıdır:

“Məcburi köçkünlərin tərk etdiyi şəhərciklərdə satışa təqdim olunan mənzillərin təxminən yarısı satılıb. Amma Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi bu mənzillərin satış qiymətiləndirilməsini nədənsə yerli qiymətləndiricilərə deyil, xarici təşkilatlara tapşırıb.

Xarici şirkətlər yerli bazarı bilmir və onların təyin etdiyi qiymətlər alıcılara sərf etmir. İstər Qaradağdakı, istərsə də Ramanada yerləşən məcburi köçkün şəhərcikləri infrastruktur, tikinti keyfiyyəti baxımından olduqca aşağıdır. Bununla bağlı orada yaşayan sakinlər dəfələrlə irad bildirib”. 

Ekspert qeyd edib ki, həmin mənzillərin təmir xərci də xeyli çoxdur:

“Hətta o mənzillərin öz qiyməti qədər təmir xərcləri lazımdır. Divarların əyriliyi, materialların keyfiyyətsizliyi və təmirin davamsızlığı alıcılar üçün gələcəkdə problemə çevrilir.

Sadalanan səbəblərə görə vətəndaşlar belə mənzilləri almaq yerinə fərdi yaşayış evi almağı üstün tutur. Məsələn, Ramana ərazisində həmin mənzillər üçün təklif olunan qiymətə elə həmin qəsəbədən fərdi evi almaq daha sərfəlidir. Hətta demək olar ki, daha ucuzdur”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Bakidan
    Umumiyyetle satmaq helede lazim deyil. Buna sebebler var : Helede cox sayli mecburi kockunler , qanuni vetendawlarin menzillerini zebt edib ve bunlari mutleq oradan kocurtmek lazim. Helede coxlu Qazi ve Shehid aileleri evsizdir, onlara hediyye etmek olar. Helede cox sayda sosial veziyyet cox cetin olan insanlar varki , onlara guzewtli ipoteka vermek olar.
    1 year ago