“Mədəni irsə əhəmiyyət verilmir” -    Emin Hüseynov

saytların hazırlanması

Evə çatdırılma

“Mədəni irsə əhəmiyyət verilmir” -  Emin Hüseynov

Siyasət

21 Oktyabr 2020 17:22 917


“Görəsən, Şuşada erməni vandalları tərəfindən Vaqifin məqbərəsindən oğurlanan çəhrayı mərmərləri harada istifadə ediblər? Terorçu Paşinyan, onunla sarayını bəzədin?”

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın işğal olunmuş ərazilərdəki mədəni abidələrə qarşı vandal münasibətinə etiraz edən I vitse-prezident Mehriban Əliyevanın köməkçisi Emin Hüseynov tvitter sosial şəbəkəsində bildirib.

E.Hüseynov beynəlxalq ictimaiyyətin bu məsələyə laqeyd münasibətinə də etiraz edib: “Mədəni irsə əhəmiyyət verilmir. Görün, Şuşadakı unikal məqbərəyə nə oldu. Təsəvvür edin ki, bu “Big Ben” və Eyfel qülləsi üçün baş verir. Hələ laqeyd qalacaqsınız? Coğrafiya bu qədərmi məna daşıyır?” pizza sifarişi

Vitse-prezidentin köməkçisi tezliklə məqbərənin yenidən təmir ediləcəyini qeyd edib: "Şuşa yenidən geri qayıdacaq. Gözləmək uzun çəkməyəcək. Ermənistan tərəfindən vəhşicəsinə dağıdılan Molla Pənah Vaqifin məqbərəsini yenidən bərpa edəcəyik. Təbii, tezliklə!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!