Mədəniyyət naziri Reza Deqati ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Mədəniyyət naziri Reza Deqati ilə görüşdü

Mədəniyyət

23 İyul 2021 20:01 1570


Mədəniyyət naziri Anar Kərimov iyulun 23-də Fransada yaşayan dünya şöhrətli azərbaycanlı fotojurnalist Reza Deqati ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı R. Deqati Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına səfəri haqqında danışaraq Vətən müharibəsində çəkdiyi fotoşəkilləri, şahidi olduğu dəhşətli mənzərələri bölüşüb. pizza mizza

R. Deqati bildirib ki, Azərbaycanın tarixi və mədəni irsinə qarşı törədilən təcavüzləri öz fotoları ilə beynəlxalq ictimaiyyətə çatdıraraq, yaşanmış hadisələri, xalqımızın çəkdiyi ağrı-acını öz əsərlərində canlandırmağa müvəffəq olub.

Nazir Anar Kərimov R. Deqatiyə Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də obyektiv qiymət verilməsi tətbiqində əvəzsiz xidmətlərinə görə təşəkkürünü bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!