Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi vəfat etdi

Mədəniyyət

04 Sentyabr 2021 16:55 2121


Azərbaycanın Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova dünyasını dəyişib.

Yenisabah.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini N.Sadıxova 57 yaşında vəfat edib.

Qeyd edək ki, N. Sadıxova 1964-cü il iyul ayının 21-də Bakı şəhərində anadan olub. 1986-2001-ci illərdə Mədəniyyət Nazirliyinin Respublika Elmi-Metodiki Mərkəzində redaktor, böyük elmi işçi işləyib. 2001-ci ildən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzində kiçik elmi işçi, böyük elmi işçi, baş mühafiz, elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. Toyuqlu pizza

2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi ” fəxri adı ilə təltif edilib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!