“Mədəniyyət yoxdur, ölüb!” - “Telefonu götürməyə qorxuram”

saytların hazırlanması

Evə çatdırılma

“Mədəniyyət yoxdur, ölüb!” - “Telefonu götürməyə qorxuram”

Mədəniyyət

06 Fevral 2024 15:14 2656


Xalq artisti Cavan Zeynallı mətbuatdan narazıdır. İfaçı hesab edir ki, bəzən onu və bəzi tanınmış şəxsləri lazımsız mövzularla yorurlar. 

C.Zeynallı Yenisabah.az-a açıqlamasında bu barədə iradını bildirib:

“Hərdən mənə sual verirlər ki niyə adamlar özlərini pis aparır? Niyə bu barədə danışmalıyam axı? Fikir vermirəm həmin adamlara. Belə olmaz axı, mənimlə musiqidən danışın, sənətdən, həyatımdan, indiki musiqiçilərdən danışın. Bəzən adam bu sualları qorxur cavablamağa, qulaq asanlar deyir ki, bizi nəzərdə tutur. Belə suallar lazımdırmı?”  Dördpendirli pizza

Tanınmış ifaçı həmçinin sənətin qiymətləndirilməməsi ilə bağlı da narazılığını dilə gətirib:

“Bəzən mənə sual verirlər ki, küçə musiqiləri dinləyirsiniz? Ümumiyyətlə, küçə musiqiləri dinləyirəm? Mən caz, simfoniya, opera bilirəm, konservatoriyanı bitirmişəm. Rəşid Behbudovla işləmişəm, mən “Qaya”da işləmişəm. Mənə belə suallar vermək olar? Mən artıq qorxuram. Mənə belə suallar verirlərsə, demək, mədəniyyət yoxdur. Artıq özümü başqa dillərdə ifadə edirəm. Çünki Azərbaycan dilində özümü ifadə edə bilmirəm. Dörd dildə danışıram: ingilis, italyan, türk, Azərbaycan dillərində danışıram, çünki xaricdə çox olmuşam. Ancaq mənə verilən suallara görə telefonu götürməyə qorxuram. Mən istəyirəm ki, mədəniyyət yüksək səviyyədə olsun, amma alınmır”.

Nigar İlqarqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!