Media resurslarınn kiberhücumdan qorunması: Qanuna dəyişiklik təklif olunur

saytların hazırlanması

Evə çatdırılma

Media resurslarınn kiberhücumdan qorunması: Qanuna dəyişiklik təklif olunur

Sosial

02 May 2025 16:28 279


Müstəqil media resurslarının kiberhücumlara qarşı qorunması ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunub.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bu təkliflə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov çıxış edib.

O qeyd edib ki, dövlət qurumlarının onlayn resursları qorunur, amma müstəqil resurslarla bağlı belə mexanizm yoxdur: “Onların qanunvericilik çərçivəsində qorunması təşkil edilə bilər”. pizza hut

Komissiya sədri əlavə edib ki, kibertəhdidlərin fonunda media nümayəndələri Medianın İnkişafı Agentliyinin dəstəyi ilə təlimlərə cəlb edilməlidir: 

“Bu sahədə biliklərə sahib şəxsləri də həmin təlimlərə cəlb etmək olar. Kibergigiyena ən vacib məsələdir. Hətta işə qəbul edilən əməkdaşlara bununla bağlı təlimatlar verilə bilər. Ona görə də təklif edirik ki, bunu MEDİA elə “Global Media Group”un və digər media qurumlarının əməkdaşları ilə birgə həyata keçirsin”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!