Medvedevə yeni vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Medvedevə yeni vəzifə verildi

Rəsmi

16 Yanvar 2020 15:59 1234


Rusiya prezidenti Vladimir Putin baş nazir Dmitri Medvedevlə bağlı sərəncam verib.

"Yeni Sabah" Rusiya KİV-nə istinadən xəbər verir ki, sərəncama əsasən Vladimir Putin Təhlükəsizlik Şurasının sədr müavini vəzifəsini təsis edib və bu vəzifəyə Dmitri Medvedevi təyin edib. 

Dmitri Medvedev Putin sədrlik etdiyi Təhlükəsizlik Şurasında müavin olacaq.  Toyuqlu pizza

Medvedev Rusiya Prezidenti Vladimir Putin tərəfindən təklif olunan konstitusiya dəyişiklikləri ilə əlaqədar hökumətin tam tərkiblə istefaya getdiyini açıqlamışdı.

Rusiyanın yeni baş naziri vəzifəsinə Federal Vergi Xidmətinin keçmiş rəhbəri Mixail Mişustin təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!