Məşhur boksçu Məhəmməd Əlinin eskiz və rəsm kolleksiyası hərracda təxminən 1 milyon dollara satılıb.
Yenisabah.az xəbər verir ki, Nyu Yorkdakı Bonhams Auksion evində təxminən 26 sənət əsəri hərraca çıxarılıb. Ən çox gözlənilən əsərlərdən biri olan “Arı kimi dişləmək” əsəri satış öncəsi təxminlərdən 10 dəfə çox 425.000 dollara satılıb.
1979-cu ildə qırmızı, ağ və göy rəngli kətan üzərində “Mən səni sevirəm Amerika” sözləri yazılmış rəsm əsəri 150.000 dollara satılıb. pizza mizza
Qeyd edək ki, məşhur booksçu Əli 2016 -cı ildə 74 yaşında Parkinson xəstəliyindən dünyasını dəyişib.
Nəzrin Vahid
Telegram kanalımız