Məhkəmə narkotacirə 15 il həbs cəzası verdi

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə narkotacirə 15 il həbs cəzası verdi

Kriminal

03 Dekabr 2021 15:10 780


Bakıda 6 kiloqrama yaxın narkotik vasitəni satmaqda ittiham olunan Elmin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenisabah.az xəbər verir ki. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Elmin Quliyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Toyuqlu pizza

Qeyd edək ki, polis əməkdaşları tərəfindən Elmin Quliyev Abşeron rayon Masazır qəsəbəsində saxlanılıb.

Onun üzərinə baxış zamanı 2 kiloqram 415 qram heroin, 3 kiloqram 145 qram metamfetamin 470 qram tiryək, 3 ədəd elektron tərəzi və 4400 ABŞ dolları məbləğində saxta pul əskinasları aşkar olunaraq götürülüb.

Elmin Quliyevə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitə əldə etmə və satma) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!