Məhkəmə “Neftçi“nin baş məşqçisi ilə bağlı qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə “Neftçi“nin baş məşqçisi ilə bağlı qərar verdi

İdman

04 Oktyabr 2022 14:34 989


Rumıniyada "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfla onun qanuni həyat yoldaşı Anamariya Prodan arasında boşanma ilə bağlı məhkəmə çəkişməsi davam edir.

Yenisabah.az digisport.ro saytına istinadən xəbər verir ki, növbəti proses zamanı tərəflərin bir-birinə qarşı şikayətlərinə baxılıb. Bununla bağlı çıxarılan qərara əsasən, qərarın verildiyi gündən etibarən tərəflər bir-birindən ən azı 200 metr aralı gəzməlidir. Bu, 4 ay müddətində Regekampfa, 2 ay müddətində isə Anamariya Prodana tətbiq olunur. Bundan başqa, onlara bir-biriləri ilə telefon və digər vasitələrlə danışmaq qadağan olunub. 

Xatırladaq ki, bu günlərdə "Neftçi"nin baş məşqçisi Laurentiu Regekampf keçmiş həyat yoldaşı Anamariya Prodanla Buxarest yaxınlığındakı küçədə dava edib. Bu hadisə təhlükəsizlik kameralarına düşüb və sonradan Rumıniya mediasında geniş yayılıb. Hadisədən sonra tərəflər məhkəməyə şikayət ediblər. Onlar birgə 15 il yaşayıblar.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!