Məhkəmə Neymarın “Barselona“ya keçidi barədə qərar çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə Neymarın “Barselona“ya keçidi barədə qərar çıxardı

İdman

13 Dekabr 2022 17:08 984


Braziliya yığmasının hücumçusu Neymar 2013-cü ildə "Barselona"ya keçidi ilə bağlı İspaniya məhkəməsində bəraət alıb.

Yenisabah.az "Associated Press"ə istinadla xəbər verir ki, məhkəmənin bəyanatında deyilir: "Transferdə futbolçuya qarşı ittiham irəli sürülən dələduzluq faktlarına dair heç bir sübut yoxdur".

İddiaçı Braziliya investisiya şirkəti "DIS" idi. 2013-cü ildə baş tutan Neymarın Braziliyanın "Santos" klubundan "Barselona"ya transferi 2014-cü ilin yanvarında hüquq-mühafizə orqanlarının diqqətini çəkib. İstintaq zamanı Kataloniya klubunun eks-prezidenti Xosepou Mariya Bartomeuya qarşı dələduzluq ittihamları irəli sürülüb. pizza sifarişi

Klub daha əvvəl futbolçunun transferi üçün 17,1 milyon avro, həmçinin maaş olaraq 40 milyon avro ödədiyini iddia etmişdi. Daha sonra Bartomeu "Barselona"nın "Santos"a 86 milyon avrodan çox pul ödədiyini açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!