Məhkəmə qərar verdi: Şəbnəmin şəkilləri saytlardan silinəcək!

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə qərar verdi: Şəbnəmin şəkilləri saytlardan silinəcək!

Şou

01 Dekabr 2021 11:46 1705


Müğənni Şəbnəm Tovuzlu haqqında yayılan xəbərlərə görə media qurumlarını məhkəməyə verib.

Yenisabah.az xəbər verir ki, ifaçı bu haqda sosial şəbəkə hesabında məlumat verib. 

Onun keçmiş sevgilisi olduğu iddia edilən şəxslə birgə yayımlanan görüntülərinin sildirildiyi bildirilib: Toyuqlu pizza

"Bütün jurnalistlər, media və televiziya əməkdaşları mənim dostumdur. Bu gün bir çox xəbər portallarına, saytlara məhkəmə qərarı ilə bağlı məktub gedib. Dörd il öncə həqiqəti əks etdirməyən, ailəmə mənfi təsir göstərən xəbərlər, fotolar yayıldı. Halbuki, heç biri doğru deyildi. Həmin məlumat və fotoların silinməsi üçün məhkəməyə müraciət etdim, sonuncu məhkəmə 25 noyabrda baş tutdu. Qərar verildi ki, həmin xəbərlər, fotolar saytların arxivindən silinsin.

Əziz media nümayəndələri, sizə gələn məktub da bununla bağlıdır. Məhkəmənin qərarına əməl edib həmin məlumatları arxivinizdən silin. Hamınız mənim üçün dəyərlisiniz". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!