Mehman Əhmədli Ağakərimin ölüm xəbərindən danışdı:   “Evindədir“

saytların hazırlanması

Evə çatdırılma

Mehman Əhmədli Ağakərimin ölüm xəbərindən danışdı: “Evindədir“

Şou

09 Sentyabr 2021 09:28 2408


Sosial şəbəkələrdə tanınmış meyxana ustadı Ağakərimin (Kərim Novruzov) vəfat etməsi ilə bağlı iddialar yayılıb.

Yenisabah.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az meyxanaçı Mehman Əhmədli əlaqə saxlayıb.

O bildirib ki, həmkarı haqqında yayılan ölüm xəbəri yalandır: pizza

“Belə məlumatı reytinq xətrinə kim yayırsa, çox yanlış hərəkət edir. Meyxanaçı Ağakərim sağdır, evindədir. Xəstəliyindən dolayı insanları tanımaqda bir qədər çətinlik çəkir, lakin səhhətində ağırlaşma yoxdur. Adamın ailəsi, yaxınları var. Bu cür yalan, qeyri-dəqiq məlumat yaymaq olmaz”.

Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!