Mehman Əhmədli qəzəbləndi: “Ayıb olsun!“

saytların hazırlanması

Evə çatdırılma

Mehman Əhmədli qəzəbləndi: “Ayıb olsun!“

Şou

09 Sentyabr 2021 16:29 1765


Sosial şəbəkələrdə tanınmış meyxana ustası Ağakərimin (Kərim Novruzov) vəfat etməsi ilə bağlı iddialar yayılıb.

Yenisabah.az xəbər verir ki, meyxanaçı Mehman Əhmədli sosial şəbəkə hesabında bu xəbərləri yayanlara sərt mesajlar göndərib:

“Adamda bir az vicdan, düşüncə olar. Səhər tezdən xəbər yayıblar ki, həmkarımız Ağakərim guya dünyasını dəyişib. Bunu yayan insan əgər bilə-bilə, reklam tutmaq üçün edibsə, bu böyük vicdansızlıqdır. Əgər naşılıqdan edibsə, gərək məlumatı dəqiqləşdirəydi. Ən pisi isə odur ki, belə insanlara qarşı tədbir görülmür. Camaatın qohumu-əqrəbası var, xaricdə yaşayan tanışları var, onlar bu xəbərləri oxuyub narahat olurlar. Belə insanlara “ayıb olsun” deməklə iş bitmir, mütləq bir tədbir görülməlidir”. Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!