Son günlər mətbuatda məşqçi Mehman Xəlilovun Fərid Bakarov və digər uşaqlarla qəddarlıqla davranmasını əks etdirən videogörüntülər yayılıb.
Yenisabah.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi bununla bağlı məlumat paylaşıb.
“2016-cı il təvəllüdlü Fərid Bakarovun vəfatından kədərləndiyimizi bildirir və ailəsinə dərin hüznlə başsağlığı diləyirik. Allah rəhmət eləsin!”, - paylaşımda deyilir. Dominos pizza
Məlumatda hadisə ilə bağlı cinayət işinin qaldırıldığı və məşqçi M.Xəlilovun hüquq-mühafizə orqanları tərəfindən iş üzrə şübhəli şəxs qismində saxlanıldığı və azyaşlı uşaqlara qarşı qəddarlıq edən şəxsin qanun qarşısında cavab verəcəyi qeyd olunub.
Telegram kanalımız