Mehriban Əliyeva Milli Musiqi günü ilə bağlı paylaşım etdi

saytların hazırlanması

Evə çatdırılma

Mehriban Əliyeva Milli Musiqi günü ilə bağlı paylaşım etdi

Mədəniyyət

18 Sentyabr 2021 15:58 3083


Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva 18 sentyabr - Milli Musiqi günü münasibətilə paylaşım edib.

Yenisabah.az xəbər verir ki, paylaşımda deyilir:

"18 sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin əziz xatirəsini ehtiramla yad edirəm. pizza hut

Azərbaycan xalqı milli musiqi mədəniyyətimizin inkişafına və dünyada tanıdılmasına töhfə vermiş görkəmli bəstəkarlar, dirijorlar, ifaçılar nəsli ilə haqlı olaraq fəxr edir. Öz sələflərinin nadir irsinə bağlılığı qoruyub saxlamaqla musiqimizi yeni səslər, ifalar və yanaşmalarla zənginləşdirən bütün musiqiçilərə təşəkkürümü bildirirəm. Sizin hamınıza tükənməz ilham, enerji, yaradıcılıq uğurları və nailiyyətlər arzulayıram!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!