Türkiyənin İstanbul şəhərinin Şişli rayonunda məhşur rejissor, “Altın portakal” mükafatı laurantı Seren Yüceyə silahlı hücum olub.
“Yeni Sabah” “Cumhuriyyet”ə istinadən xəbər verir ki, başında dəbilqə olan naməlum şəxs onun evinin qapısını döydükdən sonra atəş açıb.
Nəticədə rejissor yaralanıb. O, xəstəxanaya çatdırılıb. Dominos pizza
Hücum edən şəxs hadisə yerindən qaçıb. Polis onun tutulması üçün əməliyyat keçirir.
Qeyd edək ki, Seren Yüce 2010-cu ildə çəkdiyi “Əksəriyyət” filmi ilə məhşurlaşıb. Bu filmə görə 67-ci Venesiya Film Festivalında “Gələcəyin Aslanı” mükafatını və 47-ci “Qızıl Portağal” film festivalında “ən yaxşı rejissor” mükafatını qazanıb. Onun 2016-cı ildə çəkdiyi “Küləkdə yellənən Lotus” filmi isə 40-cı Monreal Dünya Film Festivalında “Ən yaxşı ssenari” mükafatını qazanıb.
İlhamə Qasımlı
Telegram kanalımız