Meksika COP29-da iştirak edəcək 

saytların hazırlanması

Evə çatdırılma

Meksika COP29-da iştirak edəcək 

Siyasət

17 Avqust 2024 13:35 610


Meksika iqlim məsələləri üzrə beynəlxalq əməkdaşlığı təşviq etmək üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək. 

“Report” xəbər verir ki, bu barədə Meksikanın xarici işlər nazirinin çoxtərəfli məsələlər və insan haqları üzrə müavini Hoel Ernandes “X” sosial şəbəkəsindəki hesabında bildirib. 

Məlumata görə, o, Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbovla görüşüb: “Meksika bu qlobal problemin həllində beynəlxalq əməkdaşlığın təşviqi üçün iştirak edəcək”.  Dominos pizza

Səfir M.Talıbov öz növbəsində “X” sosial şəbəkəsindəki hesabında qeyd edib ki, o, H.Ernandesə dövlət başçısı İlham Əliyevin adından Meksika Prezidenti Klaudiya Şeynbaum Pardoya ünvanlanan COP29-da iştirakla bağlı rəsmi dəvət məktubunu təqdim edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!