Son 6 ildə Meksikada qadınlara qarşı cinayətlərin sayı artıb.
Yenisabah.az xəbər verir ki, 2021-ci ilin ilk 6 ayında ölkədə 495 qadın öldürülüb.
2015-ci ildə ölkədə ümumilikdə 411 qadın cinayəti qeydə alınsa da, bu rəqəm 2016-cı ildə 606, 2017-ci ildə 742, 2018-ci ildə 893, 2019-cu ildə isə 944-ə yüksəlib. Dördpendirli pizza
Meksika Milli İctimai Təhlükəsizlik Nazirliyinin məlumatına görə, 2020-ci ildə ölkədə qadın öldürmə hadisələrinin ümumi sayı 946 təşkil edib.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin 2020-ci ilə dair hesabatına görə, Meksikada törədilən 10 qadın cinayətindən 4-də qadını öz yaxını qətlə yetirib.
Hesabatda 2018-ci ildə qadın cinayəti hadisələrinin 93 faizinin cəzasız qaldığı qeyd olunub.
Buna görə də ölkədəki qadınların 77 faizi özünü təhlükədə hiss edir.
Telegram kanalımız