Salyan rayonunda məktəbdə kütləvi zəhərlənmə hadisəsi olub, 13 nəfər xəstəxanaya yerləşdirilib.
“Yeni Sabah” xəbər verir ki, hadisə Yuxarı Noxudlu kəndində yerləşən məktəbdə qeydə alınıb.
İlkin məlumata görə, 11 şagird və 2 xadimə odun sobasından ayrılan tüstüdən zəhərlənmə şübhəsi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. pizza sifarişi
Şirvan-Salyan Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbdə pelet sobasının tıxanması tüstülənməyə səbəb olub.
“Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər. Tüstülənmə nəticəsində 10 şagird, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır”, - idarədən qeyd bildirilib.
Aytac Əliyeva
Telegram kanalımız