Məktəbə gedən müəllimi maşın vurub öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Məktəbə gedən müəllimi maşın vurub öldürdü

Hadisə

25 Noyabr 2021 13:11 973


Bu gün səhər saatlarında Bakı şəhər Binəqədi rayonu 7-ci mikrorayon ərazisində ağır yol qəzası baş verib.

Yenisabah.az publika.az-a istinadən xəbər verir ki, sürətlə hərəkət edən minik avtomobili 1962-ci il təvəllüdlü Kazımova Təranə Ağaməmməd qızını vurub. Ağır xəsarət alan qadın hadisə yerində ölüb.

Qeyd edək ki, vəfat edən qadın Əsəd Ələskərov adına 244 №-li tam orta məktəbdə ibtidai sinif müəllimidir və səhər saatlarında 7-ci mikrorayonda yerləşən məktəbə gedərkən faciəvi hadisə ilə üzləşib. Onun vəfat etməsi səbəbindən rəhbərlik etdiyi sinifdə dərslər keçirilməyib. pizza

Onu da qeyd edək ki, T.Kazımovanın 39 illik pedaqoji fəaliyyəti olub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!