Məktəblərdə tədris ili mayda bitəcək? - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Məktəblərdə tədris ili mayda bitəcək? - RƏSMİ

Sosial

02 Aprel 2025 13:16 7075


Məktəblərdə tədris ili iyunun 14-də başa çatacaq.

Bu sözlər Axar.az-a açıqlamasında Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən məktəblərdə tədrisin mayda yekunlaşacağı ilə bağlı iddialara cavabda bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” təsdiq edilib: pizza mizza

"Həmin sənədin 2.3-cü bəndinə əsasən, ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyə¬ləri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və növbəti il iyunun 14-də başa çatır. Bu baxımdan, cari tədris ilinin sözgedən sənəddə qeyd olunandan fərqli tarixdə bitməsi məsələsi müzakirə mövzusu deyil”.

Qeyd edək ki, sosial şəbəkələrdə ilin isti keçməsi səbəbindən orta məktəblərdə tədrisin 31 mayda başa çatacağı iddiası yayılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!