“Təbii ki, müharibə bitib, amma bizə qələbəni qazandıran şəhidlərimizin adının əbədiləşdirilməsi, qazilərimizə olan diqqət məni sevindirir. Çünki hər birimiz onlara borcluyuq, onların ailələrinə diqqət göstərməliyik”.
Yenisabah.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib. Xanəndə şəhidlərimizin adının əbədiləşdirilməsinin təqdirəlayiq olduğunu bildirib:
“Düşünürəm ki, Vətən müharibəsində bizim birliyimiz hər birimizi sevindirdi. Təbii ki, müharibə bitib, amma bizə qələbəni qazandıran şəhidlərimizin adının əbədiləşdirilməsi, qazilərimizə olan diqqət məni sevindirir. Çünki hər birimiz onlara borcluyuq, ailələrinə diqqət göstərməliyik. Mən də “YAŞAT” Fondunun üzvü kimi bu problemlərin həlliylə məşğulam. Son zamanlar görürəm ki, şəhidlərimizin adına küçə adları verilir. Hesab edirəm ki, işğaldan azad olunmuş bölgələrimizdə də küçələrə şəhidlərimizin adı verilsin. Bununla yanaşı, digər bölgələrimizdə də küçələrə adlar verilməlidir. Yəni şəhidlərimizin adı əbədiləşdirilməlidir ki, gələcək nəsillər bilsin ki, bizim Qarabağımızı işğaldan kim azad edib. Ona görə də düşünürəm ki, bunlar çox vacib məsələdir, buna görə təşəkkür edirəm və sevinirəm. Artıq bu proses başlayıb və inşallah bunun ardı gələr. Çünki bizim o şəhidlərimizin hər biri bir qəhrəmandı. Onların adları əbədiləşdirilməlidi, məktəblərə adları verilməlidir, büstləri hazırlanmalıdır. Onlar haqqında əsərlər yazılmalıdır. Çox gözəl bir işdir və bunları təqdir edirəm”. Sezar pizza
Qeyd edək ki, Tovuz döyüşlərində şəhid olan Yaşar Babayevin adı Ağstafa rayonunun Köçəsgər kəndinin küçələrindən birinə verilib. Azərbaycan Ordusunun giziri olmuş Y.Babayev 1987-ci ildə Ağstafa rayonunun Köçəsgər kəndində anadan olub. 2020-ci ilin iyul ayının 14-də Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını alarkən döyüşdə şəhid olub.
O, 2012-ci il iyulun 19-da ailə həyatı qurub və 8 ildir övlad arzusunda idi. Y.Babayevin ölümündən 2 gün sonra - iyulun 16-da onun qızı dünyaya gəlib.
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Y.Babayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Telegram kanalımız