Məktəblilər arasında mübahisə    - Bıçaqlanan var

saytların hazırlanması

Evə çatdırılma

Məktəblilər arasında mübahisə - Bıçaqlanan var

Kriminal

27 May 2019 15:01 1225


Bakıda yeniyetmələr arasında dava bıçaqlanma ilə nəticələnib.

Hadisə paytaxtın Qaradağ rayonu ərazisində baş verib.

Buta qəsəbə sakini, 2002-ci il təvəllüdlü Xəlilov Rəhim İlqar oğlu ilə həmyaşıdı Şəmiyev Sənan Əlimurad oğlu Lökbatan qəsəbəsindəki 106 saylı orta məktəbin yaxınlığında mübahisə edib. Mübahisə davaya çevrilib və hadisə nəticəsində S.Şəmiyev R.Xəlilova üzərində gəzdirdiyi bıçaqla bir neçə zərbə endirib. pizza hut

Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb.

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!