Məktəblini öldürən “Azəriqaz”ın əməkdaşı imiş...   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Məktəblini öldürən “Azəriqaz”ın əməkdaşı imiş... - Fotolar

Kriminal

18 Noyabr 2021 23:59 1360


Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarına Mingəçevirdə, "Yeni həyat" yaşayış massivində qətl hadisəsi törədilib.

Yenisabah.az xəbər verir ki, Qasımov Əlvan Nuxa oğlu qonşusu, 16 yaşlı Kərimov Orxan Tofiq oğlunu tapançadan açdığı atəşlə qətlə yetirib.

Məlumata görə, Əlvan Qasımov yeniyetməyə beş əl atəş açıb. Güllələrdən onu baş nahiyəsinə dəyən də olub. Orxan Kərimov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. pizza hut

Qonşuların verdiyi məlumata görə, qətli törədən şəxs "Azəriqaz"ın əməkdaşı olub. O, polis tərəfindən saxlanılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bəlli deyil. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Orxan Kərimov ailənin əkiz övladlarından biri idi.

 

/Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!