Məlahət Abbasova mərhum deputata dair paylaşım etdi:  “Qənirəm”

saytların hazırlanması

Evə çatdırılma

Məlahət Abbasova mərhum deputata dair paylaşım etdi: “Qənirəm”

Şou

06 Oktyabr 2023 14:19 683


“Şeirində bir dosta ağlama deyirsən. Sanki bizi o vaxtdan hazırlayırdın bugünkü sənsizliyinə? Ağlama deyirsən… Axı necə ağlamayaq? Bizi sənsiz qoyub getdin, Qənirəm. Arxanda sellər kimi göz yaşı qoyub getdin. Bir yığın suallar qoyub, səssiz-sədasız getdin”.

Yenisabah.az xəbər verir ki, bunu Əməkdar incəsənət xadimi, aktrisa Məlahət Abbasova məhrum millət vəkili Qənirə Paşayeva ilə bağlı "Instagram" hesabında deyib. 

“Şeirlərinə, müsahibələrinə indi qulaq asanda, əslində sən yavaş-yavaş hamımızla vidalaşırmışsan, Qənirəm. Biz bunu başa düşəməmişdik, bağışla… “Məlahətli qonaqlar” verilişimdə Haluk Leventlə səmimi söhbətin hələ də gözümün önündədir. Məkanın cənnət olsun, bacım. Getdiyin yerdə hüzurla yat”, – deyə M.Abbasova qeyd edib.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!