Məmmədəli Ağayev Moskvada saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Məmmədəli Ağayev Moskvada saxlanıldı

Kriminal

28 Avqust 2025 20:16 697


Moskvada (Rusiya) Mayakovskaya adına Satira Teatrının keçmiş direktoru Məmmədəli Ağayev saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "112" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, mədəniyyət xadimi xüsusilə külli miqdarda dələduzluqda şübhəli bilinir. Müstəntiqlərin fikrincə, Ağayev Moskva büdcəsinin vəsaitlərini mənimsəmək üçün sxem təşkil edib. Fərdi sahibkarları qeydiyyata alıb, teatrla saxta müqavilələr bağlayıb. Marqarita pizza

Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün yaxın vaxtlarda məhkəmə qarşısına çıxarılacaq.

Xatırladaq ki, Məmmədəli Ağayev 1992-2021-ci illərdə Moskva Akademik Satira Teatrına rəhbərlik edib. 2021-ci ildə öz xahişi ilə bu vəzifəni tərk edib.

Onun mədəniyyət və incəsənət sahəsində bir neçə mükafatı və titulları var.

Məmmədəli Ağayev Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi (1995), Rusiya Federasiyasının Əməkdar artistidir (2018). 2020-ci ilin mart ayında Rusiya Prezidentinin Fəxri Fərmanı ilə təltif edilib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!