Məmmədyarov və Rəcəbov qələbə qazandı

saytların hazırlanması

Evə çatdırılma

Məmmədyarov və Rəcəbov qələbə qazandı

İdman

04 İyun 2022 00:35 1085


Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərindəki "Norway Chess" turnirinin əsas mərhələsində növbəti görüşlərini keçiriblər.

Yenisabah.az xəbər verir ki, Məmmədyarov yarışın dördüncü günündə çinli Van Haonu qara fiqurlarla məğlub edib

37 yaşlı qrossmeyster 7 xalla 4-cü pillədə qərarlaşıb. Pepperoni pizza

Rəcəbov isə fransalı Maksim Vaşye-Laqravla ağ fiqurlarla heç-heçəyə razılaşıb. 35 yaşlı şahmatçı ikinci görüşdə rəqibini məğlub etməyi bacarıb. 3 xala malik olan qrossmeyster hazırda 8-cı sıradadır.

Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronu (451 000 manat) təşkil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!