Məmmədyarov xanım nazirlə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Məmmədyarov xanım nazirlə görüşdü

Siyasət

02 May 2019 08:12 928


Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazir Elmar Məmmədyarov Qana Respublikasının Xarici İşlər və Regional İnteqrasiya naziri Şirley Ayorkor Boçvey ilə görüşüb.

"Yeni Sabah" xəbər verir ki, ölkəmizdə yenidən olmasından məmnunluğunu bildirən qanalı nazir tədbirin yüksək səviyyədə təşkilini xüsusilə qeyd edib.

Nazirlər iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.Tərəflər insanlararası təmasların daha da artırılması məqsədilə qanalı tələbələrin Azərbaycanda təhsil imkanlarını müzakirə ediblər. pizza sifarişi

Görüşdə Azərbaycanın Afrika İttifaqı ilə əməkdaşlığı məsələləri də nəzərdən keçirilib. Görüş zamanı habelə, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!