“Mən bilmirəm, onun hər hansı titulu var idi, ya yox, amma...“ - Aygün Bəylərlə bağlı AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Mən bilmirəm, onun hər hansı titulu var idi, ya yox, amma...“ - Aygün Bəylərlə bağlı AÇIQLAMA

Mədəniyyət

08 Yanvar 2024 13:26 2106


"Aygün Bəylərin ifasına çox bağlı idim. Onun bütün mahnılarını çox sevirdim". 

Yenisabah.az sfera.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Hümmətova ilə vida mərasimində iştirak edən deputat Razi Nurullayev deyib: 

"Yeganə müğənni idi ki, Aygün Bəyləri ekranda görən zaman kanalı dəyişmirdim. Çalışırdım ki, sona qədər dinləyim. Hər zaman onun danışığında, müsahibələrində bir nisgil hiss edirdim. Doğrudan da, qəmli idi, narazılığı vardı. Hiss edirdim ki, ölkədən, dostlarından umacaqları var, amma onlara çata bilmirdi. Xalqın məhəbbətini qazanmış sənətkar idi. Bu gün burada bu qədər insanın olması xalqın ona olan sevgisinin göstəricisidir. Açığı, mən bilmirəm, onun hər hansı titulu vardı, ya yox, ancaq o, Azərbaycan xalqı üçün bir Xalq artisti idi. Mən istərdim ki, bütün dəyərli insanlara ölməmişdən öncə dəyər verək. Allah onun övladını saxlasın. Allah rəhmət eləsin".  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!