“Mən daha çətin oyun gözləyirdim” - Qurban Qurbanov

saytların hazırlanması

Evə çatdırılma

“Mən daha çətin oyun gözləyirdim” - Qurban Qurbanov

İdman

01 Oktyabr 2021 01:43 1234


“Mən daha çətin oyun gözləyirdim. Rəqibi qiymətləndirməmək olmaz. Qarşıdakı matçlarda da bu cür çıxış etməliyik”.

Yenisabah.az xəbər verir ki, bunları “Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprdə "Omoniya"ya 4:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının qrup oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis əzmkar mübarizəyə görə futbolçularına təşəkkür edib: “Yaxşı mübarizə apardıq. Düzdür, ilk hissədə hesabda geri düşdük. Amma futbolçular sonadək mübarizə apardılar. Rəqibə gələcək oyunlarda uğurlar arzulayıram”. Sezar pizza

Qurbanovun sözlərinə görə, ilk hissədə də kifayət qədər qol imkanları olub: “Sadəcə, standart vəziyyət zamanı ani diqqətsizlikdən qol buraxdıq. Halbuki oyunçulara daha diqqətli olmağı tapşırmışdıq. İkinci hissədə ruhdan düşmədik, meydana qələbə üçün çıxdıq. İkinci yarı daha sürətli alındı və hücumlarımız kəsərli alındı”./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!