Sentyabrın 1-də ölkəmizdə növbədənkənar parlamant seçkiləri keçiriləcək. Təbliğat-təşviqat kampaniyası bu gün başa çatır.
Bəs kampaniya müddətində namizədlər yeni texnologiyalardan səmərəli istifadə edə biliblər? Onların seçki kampaniyası nə qədər uğurlu alınıb və insanları inandırmağı bacarıblar?
Azərbaycan Jurnalistlər Birliyinin Sədri Elçin Şıxlı seçki kampaniyası ilə bağlı fikirlərini Yenisabah.az saytı ilə paylaşıb: pizza hut
“Namizədlər yeni texnologiyalardan təbii ki, istifadə ediblər. Amma, onların nə qədər uğurlu olduğunu deyə bilmərəm. Ümumiyyətlə, əvvəllər təbliğat-təşviqat kampaniyası ilə bağlı reklamlar radiolarda, televiziyalarda ödənişli idi və mən anladığım qədər bunlardan istifadə edən olmayıb. Bütün namizədlər sosial platformalardan, sosial şəbəkələrdən özlərini tanıtmağa çalışıblar. Amma, ümumiyyətlə, millət vəkili olmaq istəyən şəxs ölkədə tanınmış adam olmalıdır. Bu adam əgər bir ay ərzində özünü hələ də tanıtmaq istəyirsə, deməli millət vəkili ola bilməz. Çünki bunu hələ tanıyan yoxdur. 1 ay ərzində gedib kiməsə yalandan vədd verməsi, yol çəkdirəcəyəm, su çəkdirəcəyəm və s. deməsi kimi bunların hamısı boş söhbətlərdir. Deputatın vəzifəsi yol çəkdirmək, su çəkdirmək deyil. Deputatın vəzifəsi qanun layihələri üzərində işləmək və qanunları qəbul etməkdir. Yəni, ümumilikdə götürsək vəziyyət belədir”.
E.Şıxlı seçki kampaniyası ilə maraqlanmadığını da vurğularaq, bunun səbəbini belə açıqlayıb:
“Sözün doğrusu, hazırkı seçki kampaniyasını izləməmişəm, çünki bu proses məni çox az maraqlandırır, ümumiyyətlə, maraqlandırmır. Məsələn, məndən soruşsanız ki, sizin seçki dairəsindən kimlər namizəddir, mən bilməyəcəyəm. Çünki mənə özünü çatdıran olmayıb. Təbliğat kampaniyaları heç nədir, sıfır səviyyəsindədir. Çünki mənim kimi adam belə, öz seçki dairəsindən kimin namizəd olacağını bilmir. Mən onu axtarmamalıyam? O, məni axtarmalıdır. Amma axtarmırlar. Ona görə də kimin olacağı məni maraqlandırmır”.
Şeyla Səmiyeva
Telegram kanalımız