“Mənə Azər Tağıyevin otağında imza atdırdılar...”

saytların hazırlanması

Evə çatdırılma

“Mənə Azər Tağıyevin otağında imza atdırdılar...”

Sosial

18 Mart 2019 11:50 1474


“Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü olduğum dövrdə, rəhmətlik Azər Tağiyev Hakimlərin Secki Komitəsinə Anar Bağırovun namizədliyinin verilməsi qərarını söyləmişdi. Həmin qərarı kim vermişdi, deyilmədi... Mən də öz növbəmdə qərarın nə zaman qəbul olunmasını və hansı səbəbdən alternativsiz bir namizədin olması ilə bağlı iradlarimi bildirdim”. 

“Yeni Sabah” xəbər verir ki, bunu vəkil İradə Cavadova deyib. O, bildirib ki, Anar Bağırov da həmin iclasda idi: “Mən onun özünə də söyləmişdim ki, ümid edirəm məndən incimirsiniz, amma digər namizədin də olması vacibdir. Əslində, onun namizədliyinə etirazımın olmadığını da bildirmishdim. Lakin bir namizədin olmasının və alternativ namizədlərin təqdim edilməməsinin anlaşılan olmamasını, bu cür seçimin doğru olmamasında israrlı idim. 

İclasda digər namizədlərin də irəli sürülmesini israrla tələb etdikdə, Azər müəllim dedi ki, “hələ bax gör kim namizədliyini irəli sürəcək ki?”. Marqarita pizza

Elə iclasda da vurğuladı ki, bir namizəd olacaq, vəssalam. Heç kim namizədliyini irəli sürmədi, amma mən öz namizədliyimi irəli sürdüm və iki namizədin adı getdi nazirliyə. Təbii ki, məni hakimlərin seçki komitəsinə seçəsi deyildilər, sadəcə belə seçim olmamalı idi -ən azından ssenari üzrə olmadı...”

İ. Cavadova bildirib ki, digər bir seçki üzrə Məhkəmə hüquq şurasına namizədliyin verilməsi idi: “O zaman da mən iclasda yox idim. Bu dəfə mənə imza atdırdılar Azər Tağıyevin otağında... Onda da alternativ bir namizəd olmamışdı”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!