“Mənə bu qədər rəhmət oxunacağını gözləmirdim” - Cavanşir Quliyev   + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Mənə bu qədər rəhmət oxunacağını gözləmirdim” - Cavanşir Quliyev + VİDEO

Mədəniyyət

22 Mart 2024 08:52 4829


Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib.

Yenisabah.az Musavat.com-a istinadən xəbər verir ki, verilişin budəfəki sayının qonağı bəstəkar, əməkdar incəsənət xadimi Cavanşir Quliyev olub.

Bəstəkar bir müddət öncə Türkiyədə müalicə alarkən haqqında yayılan ölüm xəbərlərinə münasibət bildirib: Dördpendirli pizza

“Xəbər yayılanda reanimasiyada idim. Mənə zənglər gəlirdi. Dedilər ki, səni öldürdülər. Dedim ki, “bir az şişirtmisiniz, o qədər ölməmişəm”. Bu hadisəni zarafata çevirməyə çalışdım”.

C.Quliyev onu ən çox duyğulandıran əsərindən - “Əsgər marşı”ndan bəhs edib:

“Hər dəfə bu marşı dinləyəndə silahı götürüb müharibəyə qaçmaq istəyirəm. Bəzi hallarda duyğulanmamaq üçün dinləmirəm. 90-cı illərin əvvəlində nənələrinin qucağında Qarabağdan gələn uşaqlar 30 il sonra tankın üstündə, bu marşın sədaları altında torpaqlarımızı geri aldılar. Mənəvi olsa da, köməklik etmiş olmağım məni çox sevindirir”.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!