“Məni Azərbaycana dəvət etdilər, getmədim“ - Yuri Maksimov

saytların hazırlanması

Evə çatdırılma

“Məni Azərbaycana dəvət etdilər, getmədim“ - Yuri Maksimov

İdman

10 Noyabr 2022 13:45 1032


Son olaraq "Vorskla"nı çalışdıran ukraynalı mütəxəssis Yuri Maksimov "Şamaxı"dan iş təklifi alıb.

Yenisabah.az xəbər verir ki, 53 yaşlı mütəxəssis bu barədə "TaToTake" proqramında danışıb. O, Azərbaycan təmsilçisini çalışdırmaqdan imtina etdiyini vurğulayıb:

"Məni Azərbaycana dəvət etdilər. Amma nədənsə dərhal getmək istəmədim. Məni kuboku qazandığım komandaya - "Keşlə"yə çağıdrılar. İndi "Keşlə" deyil, "Şamaxı" adlanır. Mən imtina etdim. Sonra Gürcüstandan da təklif gəldi .Amma oraya da getmək istəmədim. Çünki kiminsə arxasınca, necə deyərlər, zibil təmizləmək istəmirsən. Artıq sıfırdan başlamaq və nəsə etmək istəyirəm". Dördpendirli pizza

Qeyd edək ki, Yuri Maksimov "Keşlə"yə 2017/2018-ci illərdə baş məşqçilik edib. O, komandaya Azərbaycan Kubokunu qazandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!