Gündəlik həyatımızın bir hissəsini təşkil edən sosial şəbəkələrdən bir çox məqsədlər üçün istifadə edilir. Amma son vaxtlar istər fərdi paylaşımlara, istərsə də qrup və ya toplum səhifələrdəki paylaşımlara söyüş və təhqiramiz fikirlər yazılır.
Bundan daha çox əziyyət çəkənlərsə şou-biznes nümayəndələridir. Onların demək olar ki, hər paylaşımında şərəf və ləyaqəti alçaldan ifadələr görmək mümkündür.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Afət Fərmanqızı bu cür şərh yazan istifadəçilərə artıq əhəmiyyət vermədiyini bildirib: pizza mizza
“Əvvəllər bu mövzuda çox həssas idim. İndi isə əhəmiyyət vermirəm, çünki bu tip rəy yazanlar bir deyil, iki deyil, təəssüflər olsun. Hərə öz ailə tərbiyəsini göstərir… Həzrəti Mövlanənin bir sözü var: “Bizi bilən bilir, bilməyən də özü kimi bilir”. Ona görə də, əhəmiyyət verməyə dəyməz. Biz müğənnilər xalqımızın xoş günündə gedib onların sevincinə şərik oluruq, əlimizdən də yaxşılıqdan başqa bir şey gəlmir. Buna kimsə təhqir yazırsa, nə etmək olar?! Hər kəs öz tərbiyəsini sosial şəbəkələrdə də nümayiş etdirir”.
Qeyd edək ki, real kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internetdə böhtan və təhqir etmə Cinayət Məcəlləsinin (CM) 147 və 148-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Eyni zamanda, CM-in 148-1-ci maddəsinə görə, İnternet informasiya ehtiyatında saxta istifadəçi adları, profil və ya hesablardan istifadə edərək, kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə cinayət hesab edilir.
Əsmətxanım
Telegram kanalımız