Müğənni Mənzurə Musayeva plastik əməliyyata hazırlaşır.
Yenisabah.az xəbər verir ki, ifaçı bu dəfə qollarını kiçiltmək üçün bıçaq altına yatacaq.
Bu barədə o, ATV telekanalında yayımlanan “7 Canlı” proqramında məlumat verib: Dördpendirli pizza
"Orucduqda hamı bıçaq altından çıxdı, məndən başqa. Həmkarlarım özlərini "yığdırdılar". Gözəl görünməyi çox istəyirəm. Ona görə də, plastik əməliyyat keçirəcəyəm. Hovuz xəstəsiyəm. Üzməyi çox sevirəm. Hər gün üzürəm. Üzgüçülüklə məşğul olduğum üçün qollarımın əzələləri daha da həcmli olub. Bu isə məni kompleksə salır. Qolu açıq libaslar geyinmirəm ki, qollarım efirdə pis görünər. Həkim mənə nə məsləhət görsə, onu da edəcəm".
Telegram kanalımız