Mərakeş daha bir Pireney komandasını məğlub edə biləcəkmi?

saytların hazırlanması

Evə çatdırılma

Mərakeş daha bir Pireney komandasını məğlub edə biləcəkmi?

İdman

07 Dekabr 2022 11:17 583


Qətərdə keçirilən Dünya Çempionatının 1/8 final mərhələsi artıq yekunlaşıb.

Yenisabah.az xəbər verir ki, bukmekerlərin favorit saydığı bir sıra komandalar mübarizəni 1/8 finalda dayandırıblar.

Ötən gün keçirilən Mərakeş-İspaniya oyununda “atlas şirləri” ispanlara penaltilərdə 3:0 qalib gələrək 1/4 finala çıxıblar. pizza hut

Beləliklə, turnirin sürpriz yığması  1/4 finalda digər bir Pireney təmsilçisi – Portuqaliya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Xatırladaq ki, “qırmızı yaşıllar” ötən gün İsveçrə yığmasını 6:1 hesabı ilə darmadağın edərək adını 1/4 finala yazdırıb.

DÇ-2022-də 1/4 finalda baş tutacaq digər oyunlar isə aşağıdakılardır:

9 dekabr:

19:00. Xorvatiya-Braziliya;

23:00. Niderland-Argentina.

10 dekabr:

19:00. Mərakeş-Portuqaliya;

23:00. Fransa-İngiltərə.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!