Bu gün DÇ-2022-də 1/8 final mərhələsinə yekun vurulacaq.
Yenisabah.az xəbər verir ki, İspaniya millisi Mərakeşlə qarşılaşıb.
Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Penaltilər seriyasında isə dəqiq olan (3:0) Mərakeş 1/4 finala yüksəlib.
1/8 finalın son görüşündə isə Portuqaliya və İsveçrə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Bu oyunların qalibləri 1/4 finalda Mərakeşlə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa, İngiltərə, Xorvatiya və Braziliya yığmaları 1/4 finala vəsiqə qazanıblar.
6 dekabr
19:00. Mərakeş - İspaniya - 0:0 (Penaltilər seriyası - 3:0)
Baş hakim: Fernando Rapallini (Argentina)
Telegram kanalımız