“Mercedes”, “Toyota” və “Chery”nin qənimi tutuldu

saytların hazırlanması

Evə çatdırılma

“Mercedes”, “Toyota” və “Chery”nin qənimi tutuldu

Kriminal

23 İyun 2022 11:26 1190


Bir nəfər müxtəlif avtmobillərdən oğurluq edib. 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Yenisabah.az-a verilən məlumatda bildirilib.

Belə ki, Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayonun Ş.Qurbanov, C.Cabbarlı və İzmir küçələrində “Mercedes”, “Toyota” və “Chery” markalı üç avtomobildən oğurluq edildiyi müəyyənləşib. pizza sifarişi

3 maşından mobil telefon və pul oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş S.Teymurov müəyyən edilərək saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!