“Mercedes”lə traktor toqquşdu - İki nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

“Mercedes”lə traktor toqquşdu - İki nəfər öldü

Hadisə

04 Oktyabr 2023 12:40 457


İmişlidə “Mercedes"lə traktor toqquşub, iki nəfər ölüb. 

Yenisabah.az-ın məlumatına görə, ölümlə nəticələnən yol qəza hadisəsi ötən gün axşam saatlarında İmişli-Biləsuvar avtomobil yolunda, İmişli rayonunun Çaxırlı kəndində qeydə alınıb. 

Araz Kazımovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə traktor toqquşub. Hadisə nəticəsində minik avtomobilinin sürücüsü ağır xəsarət alıb, sərnişini Çingiz Ağayev isə hadisə yerində ölüb.  pizza

Xəsarət alan Araz Kazımov İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, gecə saatlarında orada ölüb. 

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!