Mərkəzi Bank sədri nəyə əsaslanır? - “Axı qanunvericilik kriptovalyutanı valyuta hesab etmir”

saytların hazırlanması

Evə çatdırılma

Mərkəzi Bank sədri nəyə əsaslanır? - “Axı qanunvericilik kriptovalyutanı valyuta hesab etmir”

Sosial

19 Fevral 2025 15:32 369


Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov Ər-Riyadda keçirilən konfransda çıxışı zamanı bildirib ki, Azərbaycanda rəqəmsal aktivlərə, xüsusən də kriptovalyutalara maraq artıb. Onun sözlərinə görə, bu tendensiya Azərbaycanda rəqəmsal aktivlərin tənzimlənməsi üçün hüquqi bazanın işlənib hazırlanmasını sürətləndirməyə təkan olub. 

Taleh Kazımovun bu bəyanatı müəyyən təəccüb doğurur. Çünki "artan marağ" Azərbaycanın bank əməliyyatları və ya transferlərində görmək mümüknü deyil. 

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan hüquqşünas Əkrəm Həsənov da, bir növ, bunu təsdiqləyərək bildirib ki, mövcud Azərbaycan qanunvericiliyi kriptovalyutaları valyuta hesab etmir: Dördpendirli pizza

“Banklar kriptovalyutalar üzrə xidmət göstərmir. Çünki qanunvericilik onları valyuta hesab etmir. Amma təbii ki, qadağan olunmayan hər bir fəaliyyət icazəlidir. Buna görə istənilən şəxs kriptovalyuta ilə müvafiq sistemlərdə alğı-satqı həyata keçirə bilər. 

Azərbaycandakı kriptovalyuta valyuta kimi qəbul olunmadığına görə onun məzənnəsi deyil, qiyməti olur. Kim öz kriptovalyutasını beynəlxalq bazarda hansı qiymətdə satmaq istəyirsə, bunu mütləq dollarla həyata keçirməlidir. Aydındır ki, kriptovalyutanın alğı-satqısı da milli valyuta ilə edilmir”.

Ə. Həsənov qeyd edib ki, son vaxtlar kriptovalyutalara maraq bütün dünyada artıb:

“İnsanlar bu vasitə ilə asan yolla qazanmaq istəyirlər. Azərbaycanda da eyni maraq mövcuddur. Sadə dillə desək, hansısa şəxs kriptovalyutanı alır ki, gələcəkdə onu daha baha qiymətə sata bilsin. 

Kriptovalyuta pul deyil. Onunla alış-veriş yoxdur”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!