Mərkəzi Bankdan 3 kredit ittifaqına məcburi göstəriş 

saytların hazırlanması

Evə çatdırılma

Mərkəzi Bankdan 3 kredit ittifaqına məcburi göstəriş 

İqtisadiyyat

15 Sentyabr 2025 17:39 388


Azərbaycan Mərkəzi Bankı (AMB) "Ləman", "Stumul" və "İnci Kredo" kredit ittifaqlarına icrası məcburi göstəriş verib.

Yenisabah.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, kredit ittifaqları 2024-cü ilin kənar auditdən keçmiş maliyyə hesabatlarını təqdim etmədiyindən, "Kredit ittifaqları haqqında" qanunun 17.3-cü maddəsinin tələbi təmin edilməyib. "Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası"nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, kredit təşkilatlarından maliyyə hesabatlarının kənar auditdən keçməsi, təsdiqedici sənədlər əlavə edilməklə quruma rəsmi məlumat verilməsi tələb olunub. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!