Mərkəzi Gömrük Hospitalı koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejimli tibb müəssisəsi sırasına daxil edilir.
Yenisabah.az bildirir ki, faktı Report-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva təsdiqləyib.
O qeyd edib ki, hospital sabahdan adi xəstə qəbulunu dayandıracaq və pandemiya ilə əlaqəli xəstələrin müalicəsi üçün hazırlanacaq. Marqarita pizza
Qeyd edək ki, bu gün ölkədə koronaviruslu xəstələrin müalicəsi üçün 30-dan artıq tibb müəssisəsi ayrılıb. Eyni zamanda bu yaxınlarda 3 modul tipli xəstəxananın açılışı olub.
Telegram kanalımız