Məryəm Üzerli rus filmlərində çəkilmək istəyir:   “Təklif alsaydım, bu haqda düşünərdim“

saytların hazırlanması

Evə çatdırılma

Məryəm Üzerli rus filmlərində çəkilmək istəyir: “Təklif alsaydım, bu haqda düşünərdim“

Mədəniyyət

28 Aprel 2021 11:53 1123


“Rusiya filmlərində çəkilmək istəyirəm”.

Yenisabah.az “Anadolu’”ya istinadla xəbər verir ki, bunu “Möhtəşəm Yüzil” serialı ilə məşhurlaşan aktrisa Məryəm Üzerli bildirib.

O, Rusiya filmlərini izlədiyini və Renata Litvinovaya xüsusi hörmətlə yanaşdığını qeyd edib. Sezar pizza

“Əlbəttə, rus film layihələrində iştirak etmək istəyirəm. Bu məsələyə aktrisa olaraq yalnız milli miqyasda baxmıram. Rusiyadan təklif alsaydım, bu haqda düşünərdim”.

Üzerli keçən il DNT testi etdiyini və mənşəcə 6-8%  rus olduğunun ortaya çıxdığını söyləyib. Yarıtürk, yarı alman aktrisa üçün milli mənsubiyyət vacib deyil, özünü və ətrafındakı hər kəsi dünya vətəndaşı hesab edir.

Məryəm Üzerli məktəbdə oxuyarkən rusca dərs aldığı üçün rusca yaza və oxuya bilər. Ancaq ünsiyyəti olmadığından çox şeyi unudub. “Rus dostlarım bəzən mənə rus sözlərini xatırladırlar. Düşünürəm ki, iki-üç ayda rus dilini tam mənimsəyərdim”.

Sənətçi Moskva Beynəlxalq Film Festivalında iştirak edib və “qırmızı xalı”dan keçib. O, Rusiyaya səfərdən məmnundur və çox səmimi qarşılandığını qeyd edib.

Türk kinosunun ulduzu deyib: “Moskvada gördüm ki, çəkildiyim filmlər insanlara xoşbəxtlik gətirir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!