Meşə yanğınları Bodruma da yayıldı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Meşə yanğınları Bodruma da yayıldı - VİDEO

Dünya

29 İyul 2021 20:20 1068


"Türkiyənin 53 müxtəlif yerində baş verən meşə yanğınlarının 36-sı nəzarətə alınıb".

Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli Antalyada mətbuata açıqlamasında bildirib.

Nazir Türkiyənin 8 vilayətində yanğınların davam etdiyini deyib. Yanğnın təsirindən zərər görən və xəstəxanaya yerləşdirilən 183 nəfərdən hazırda 15-nin xəstəxana şəraitində müalicə olunduğunu qeyd edən B.Pakdemirli ölənlərin sayının 3-ə çatdığını xatırladıb. Dominos pizza

B.Pakdemirli 150 iribuynuzlu, 1000 kiçikbuynuzlu heyvanın yanaraq tələf olduğunu deyib.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, ətraf mühit və şəhərsalma naziri Murat Kurum da Antalyadadır.

Yanğın Türkiyənin məşhur turizm bölgəsi Bodruma da yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!