G7 ölkələri Amazon meşə yanğınlarının təsirinə məruz qalan ölkələrə təcili olaraq 20 milyon avro yardımın ayrılması ilə bağlı razılığa gəliblər.
“Yeni Sabah” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron bu haqda məlumat verib.
Makron ABŞ Prezidenti Donald Trampın G7 sammitinin iqlim və biomüxtəliflik sessiyasında iştirak etmədiyini, lakin qəbul olunan qərarla bağlı məlumatlandırıldığını bildirib. Fransa Prezidenti amerikalı həmkarının təcilli maliyyə dəstəyinin ayrılması ilə bağlı G7-nin təşəbbüsünü dəstəklədiyini qeyd edib.Makron tropik meşələrin qorunması üçün uzunmüddətli qlobal təşəbbüsün başladılacağını da əlavə edib. Toyuqlu pizza
Fransa Prezidenti ilk dəfə sammitdə iştirak edən Çili, Avstraliya, Hindistan və Cənubi Afrikanın da biomüxtəliflik haqqında nizamnaməni imzaladıqlarını bildirib.
Qeyd edək ki, keçən həftənin 6-cı günü başlayan G7 sammiti bu gün də öz işini davam etdirib.
Telegram kanalımız