Britaniyalı aktrisa Kara Delevin siçovul yediyini etiraf edib.
“Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, K.Delevin bu haqda "Cimmi Fellonun axşam şousu"nda danışıb.
27 yaşlı aktrisa deyib ki, uşaqlıqda "Ultimate Survival" verilişini izləməyi sevirdi. Bir dəfə proqramın aparıcısı ona şousunda iştirak etməyi təklif edib və o, təklifi qəbul edib. Delevinin şouda nələrə razı olması isə çoxlarını təəccübləndirib: Marqarita pizza
"Mən siçovulu yedim. Biz təpədən aşağı enəndə gözüm quyruğa sataşdı. Soruşdum ki, "Bu nədir? Siçovuldur?". O isə cavabında "Əla, bu bizim nahardı" dedi”.
Telegram kanalımız